VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


UEFA Çempionlar Liqası 1/4 final matçında "Liverpul" "Mançester Siti" ilə qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, "Enfield" stadionunda baş tutan oyunda "Liverpul" 3-0 hesablı əzimli qələbə qazanıb.

Matçın 12-ci dəqiqəsində Mohammed Sallah, 20-ci dəqiqədə Aleks Okslade-Çamberlain və 31-də Sadio Mane rəqib qapısına yol tapıb.

Bu matçın cavab oyunu 10 aprel 22:45-də "Etihad" Stadionunda baş tutacaq.



Digər bir oyun isə "Roma" və "Barselona" arasında keçirilib. Qarşılaşmadan "Barselona" 4-1 hesabı ilə qalib ayrılıb.

38-ci dəqiqədə De Rossi və 55-ci dəqiqədə Manalos ispan klubunun qollarını vurub. "Barselona" nın digər qolları 59-da Pikedən və 87-də Suarezdən gəldi.

Ceko isə 80-ci dəqiqədə cavab qolunu vurub.

Bu matçın cavab oyunu 10 aprel, 22:45-də "Roma Olimpiya Stadionu"nda baş tutacaq.

Şahin
BAKU.WS

[media=https://www.youtube.com/watch?v=qNwwYK5onf0]