SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən bir dəfə də belə qol vurmuşdum".

BAKU.WS
-in məlumatına görə, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə "velosiped" zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, hakim bunu görməyib. Bu dəfə isə Ronaldu qolun daha möhtəşəm alındığını vurğulayıb: "Çox yüksəyə tullanaraq, zərbə endirdim və xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol vurdum. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 9-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib(Report).

BAKU.WS