Azərbaycan və Makedoniya komandaları arasında keçirilən futbol matçında maraqlı anlar yaşanıb.

Bakı vaxtı ilə saat 20:00-da başlamalı olan oyunun start fiti 7 dəqiqəlik gecikmədən sonra səslənib.

Buna səbəb projektorların gec yandırılması olub. Matçın referesi Halis Özkahya başçılıq etdiyi hakimlər briqadası ilə məsləhətləşdikdən sonra stadionun işıqlandırılması təmin olunub və görüş başlayıb.

Qeyd edək ki, Azərbaycan yığma komandası yanvar ayında bu arenada Moldova seçməsi ilə qarşılaşmış və matç 0-0 hesabı ilə nəticələnmişdi.

20:00. Azərbaycan - Makedoniya - 1:1

Qollar: Riçard Almeyda, 6 (penalti ilə) - Aleksandr Traykovski, 21 (penalti ilə)

Baş hakim:
Halis Özkahya

Hakimlər: Kerem Ersoy, Kemal Yılmaz, Ali Palabıyık

VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)

Antalya, "Mardan" stadionu

BAKU.WS

[media=https://www.youtube.com/watch?v=PutZPZyrRcw]