VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) tərəfindən təşkil olunan “Qarışıq piramida” üzrə ölkə çempionatı baş tutdu.

BAKU.WS xəbər verir ki, çempionat həm iştirakçıların sayı, həm də peşəkarlığı digər keçirilən oyunlardan fərqləndi. Finalda iştirak edən oyunçular sırasında beynəlxalq dərəcəli idmançı, Avropa dünya çempionatlarının iştirakçısı, 2004-cü ildə Avropa 3-sü, bürünc medal sahibi Azər Hacıyev, göstərdiyi intensiv məşqlər nəticəsində ustalıq dərəcəsinə ucalan gənc idmançımız Ceyhun Zeynalov, peşəkar və təcrubəli idmançı Niyazi Xələfov, Rauf Mustafayev yarışdılar.

Gərgin final oyunu öncəsi Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) prezidenti Emil Tağıyev, federasiyanın digər üzvləri İlham Aslanov, xalq artisti İlqar Muradov və bilyard üzrə birinci vitse prezindet Kənan Məmmədov keçirilən çempionatlarlı bağlı təəssüratlarını BAKU.WS-lə bölüşdülər.

Bilyard İdman Federasiyası (ABİF) prezidenti Emil Tağıyevin sözlərinə görə, bizim əsas hədəflərdən biri bilyardın inkişafı ilə bağlı, nəinki rus bilyardı, onunla yanaşı pul və snuker populyar bilyardın digər qolunu inkişaf etdirmək istəyirik. Bununla bağlı biz proqram hazırlamışıq. Bu proqram çərçivəsində həm paytaxtda həm də Azərbaycanın regionlarında uşaq məktəbləri açmaq niyyətindəyik.

Bilyard İdman Federasiyasının vitse prezidenti İlham Aslanovun sözlərinə görə, bu ildən Emil Tağıyev güvvəsi və peşəkarlığı bizim federasiyanın daha da inkişaf etməyə köməklik edəcək. Bu idman növünü gənclər arasında daha da populyarlaşdırmaq nailiyyətindəyik.

Bilyard İdman Federasiyası (ABİF) vitse prezidenti Kənan Məmmədovun sözlərinə görə, bu günki baş tutan çempianat çox yüksək səviyyədə təşkil olunub. Ümüd edirik, bilyard üzrə çempionatlar tez-tez keçiriləcək və bu oyunlarda idmançılar peşəkarlığını bir daha sübüt edəcəklər.

Bilyard İdman Federasiyası (ABİF) fəxri üzvü, xalq artisti İlqar Muradovda keçirilən “Qarışıq piramida” üzrə ölkə çempionatında iştirak etdi. “Ümümiyyətlə mən istəyirəm ki, bu tip yarışlar mütamadi sıx-sıx keçirilsin. Bu gün mübarizə aparan hər bi idmançımıza müvəffəqiyyətlər arzu edirəm. Mən düşünürəm ki, bu idman növü Azərbaycanda qat-qat inkişaf edib, parlayacaq – deyə Muradov bildirdi.

Həyəcanı gözlərindən oxunan peşəkar idmançılar, gərgin oyun nümayış etdirərək qalibiyyət zirvəzinə ucaldılar. Belə ki, “Qarışıq piramida” üzrə ölkə çempionatında 4-cü yeri Niyazi Xələfov, 3-cü yeri Rauf Mustafayev, 2-ci yerin qalibi Ceyhun Zeynalov və 1-ci yerin sahibi Azər Hacıyev oldu. Nəzərinizə çatdıraq ki, “Qarışıq piramida” üzrə ölkə çempionatın qalibi Azər Hacıyev həmçinin yığmanın kapitanıdır. Biz də finalçılarımızı təbrik edib, onlara gələcək yarışlarda bol-bol naliyyətlər və müvvəfəgiyyətlər arzu edirik.

Biz də BAKU.WS komandası adından finalçılarımızı təbrik edib, onlara gələcək yarışlarda bol-bol naliyyətlər və müvvəffəqiyyətlər arzu edirik.

“Qarışıq piramida” üzrə ölkə çempionatından hazırladığımız videoreportajı sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS