SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.

"Report"un məlumatına görə, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".

Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.

BAKU.WS