SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıya qayıdan “Azərbaycanın Terminatoru” ləqəbli döyüşçü Taleh Nəcəfzadə möhtəşəm qələbə qazanıb.

BAKU.WS-in məlumatına görə, M 1 –Global turniri çərçivəsində Taleh Nəcəfzadə rusiyalı döyüşçü Vitali Slipenko ilə rinqdə döyüşüb.

İdmançımız qalib gələrək üçrəngli bayrağımızı dalğalandırıb.

Taleh Nəcəfzadənin döyüşü ilə bağlı təəssüratlarını onun məqşçisi MMA federasiyasının vitse-prezidenti Etiqad Atakişiyev jurnalistlərlə bölüşüb.
Talehin qələbəyə çox iddialı olduğunu bildirən məşqçi idmançının sonuncu döyüşdə zədələndiyini deyib.

“Həm də son döyüşdə məğlub olduğu üçün bu döyüş onun üçün çox əhəmiyyətli idi. Qələbədən başqa düşüncəsi yox idi. Buna görə də Taleh var gücü ilə mübarizə apardı. Baxmayaraq ki, yerli azərkeşlər rəqibə dəstək olurdular, Taleh bu sınaqdan da üzüağ çıxdı. Onu da qeyd edim ki, Talehin rəqibi çox güclü və çox xarakterli döyüşçü idi. Bu döyüşdən öncə Talehin rəqibi xorvat döyüşçü oldu. Taleh onunla heç-heçə etmişdi. Slipenko isə həmin döyüşçünü məğlub etmişdi. Bu da onun nə qədər güclü rəqib olduğunu göstərir”, - deyə Etiqad Atakişiyev qeyd edib.

Məşqçi idmaçının zədəsinin çox ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Taleh Nəcəfzadənin əl darağı sınıb: “Bu MMA döyüşlərində adi haldır. İnşallah tez bir zamanda zədə sağalacaq və Taleh yeni döyüşlərə hazırlaşacaq”.

Talehin sağ əlinin sınması döyüşünə təsir etdimi?

Talehin əli döyüşün ilk dəqiqələrində sındı. Raund sona yaxınlaşanda Taleh bunu mənə bildirdi. Mən ona psixoloji dəstək oldum. Və Taleh bu şəkildə digər iki raundda inamlı mübarizə apardı və qələbə qazandı.

Taleh döyüşə Diriliş Ərtoğrul serialının məşhur musiqisi sədaları altında çıxdı. Bu musiqi kimin fikri idi?

Biz həmişə milli musiqi sədaları ilə döyüşlərə qatılmışıq. Amma Taleh bu dəfə fərqlilik olsun istədi. Həm bizi izləyən müsəlman və türk qardaşlarımız üçün, həm də Afrin əməliyyatına dəstək üçün Taleh Diriliş Ərtoğrul serialınının musiqisini seçdi.

Talehin izləyicilərinə nə sözünüz var? Növbəti döyüş nə vaxt olacaq?
Talehin tamaşaçılarına, Talehsevərlərə onu deyim ki, inşallah tezliklə əlindəki zədə bərpa olacaq və Taleh məşqlərə başlayacaq. İlk döyüş müalicənin effektindən aslı olaraq təxminən iki ay sonra ola bilər.

Döyüşdən sonra təəssüratlarını Sputnik Azərbaycan-la bölüşən Taleh Nəcəfzadə bildirib ki, daha yaxşı döyüşə də bilərdi: "Əlim sındığı üçün ehtiyatla döyüşməli oldum. Uzun müddətdən sonra rinqə geri dönərək qələbə qazandığım üçün sevinirəm. Qələbəmi isə xalqıma, sevdiklərimə, dostlarıma həsr edirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Taleh Nəcəfzadə qarışıq döyüş növləri üzrə respublika çempionudur. O, keçirdiyi 9 döyüşdən 6-sında qalib gəlib. Keçən ilin may ayında keçirilən yarışda Andrey Frolova qarşı döyüşərkən zədə alıb və bərpa olunmağa xeyli müddət sərf edib.

BAKU.WS


https://www.youtube.com/watch?time_continue=1708&v=DhkskkDzzgU