VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çempionlar Liqasının 1/8 finalının ilk oyunları davam edir.

BAKU.WS
-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Mühnenə yönəlib. Burada “Bavariya” Türkiyənin “Beşiktaş” klubunu qəbul edib. Matçın əvvəlində azlıqda qalan "Qara qartal" 10 nəfərlə qaldıqdan sonra qapısında ard-arda qollar görüb.

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri isə Londonda keçirilib. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edib. London klubu hesabı açsa da, sərfəli nəticəni qoruya bilməyib.


20 fevral

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

"Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0
Qollar: Müller, 43, Koman, 53, Müller, 66, Levandovski, 79; 88
Qırmızı vərəqə: Vida, 16 ("Beşiktaş")

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1
Qollar: Villian, 62 (1:0), Messi, 75 (1:1)

BAKU.WS