SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

UEFA SuperKubokunun finalında maraqlı bir məqam kameraların obyektivinə tuş gəlib. 
 
BAKU.WS-in məlumatına görə, "Barselona" - "Sevilya" matçı Gürcüstanın paytaxtı Tiflisdə keçirildiyi üçün matça çox sayda qafqazlı gəlmişdi. Oyun ərəfəsində çox sayda Azərbaycan bayraqları açılmışdı. Stadiona toplaşanlar arasında ermənilərin də sayı az deyildi.
 
Ancaq maraqlısı odur ki, tribunanın bir hissəsində Azərbaycan və Ermənistan bayraqları yanaşı açılmışdı. Sosial şəbəkələrdə də böyük maraqla qarşılanan bu foto müzakirə mövzusuna çevrilib.
 
Həmin fotonu sizə təqdim edirik:
 
ŞAHİN Həbibov 
BAKU.WS