SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan çempionu Fövqi Əfəndi fitneslə məşğul olanların istifadə etdiyi idman qidaları ilə bağlı Space kanalının “Olar Olmaz” verilişində danışıb.

BAKU.WS-in məlumatına görə, Fövqi Əfəndi bir qida mütəxəssisi kimi "Protein sonsuzluq xəstəliyinin yaranmasına səbəb olur?" sualını cavablayıb. O, proteinlərin xeyrini və ziyanları haqqında danışıb.

Mütəxəssisin sözlərinə görə, orijnal idman qidaları firmalarının demək olar ki, hamısında tərkib eynidir.

"Sadəcə dadlarında və porsiyaya düşən qramlarında fərq var. Bu da o "möcüzəvi" firmaların olmadığını göstərir. Yəni, kimyəvi preparatlarla yatıb-duran adamın idman qidasını reklam etməsi o demək deyil ki, həmin qida bədənindəki yağı əridib və ya həmin qidaya görə qolu 50 sm. olub. Sadəcə 100-200 dollar pul alır deyə ona deyiləni müştərilərə deyir".

Verlişi izləmək üçün videonu təqdim edirik 

İman
BAKU.WS