VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


5 qat dünya çempionu, karate ustası Rafael Ağayev “karatenin brilliantı” olduğunu bir daha sübut edib.

BAKU.WS-in məlumatına görə, Rafael Ağayev Fransada keçirilən Open Paris Karate – Premier League çempionatında zədəli ola-ola bütün rəqiblərini məğlub edərək finala yüksəlib.

Karate ustası finalda yapon rəqibi Ken Nişimura ilə qarşılaşıb.

Rafael Ağayev zədəli olduğu üçün finalda məğlub olaraq ikinci yeri tutub.

BAKU.WS