VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirəcək.

BAKU.WS xəbər verir ki, "qırmızı-qaralar" hazırlığın ikinci mərhələsində 2-ci, qış fasiləsində 4-cü görüşünə çıxacaq.

Yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin "Akhisar Bələdiyyəspor" (1:1) və İsveçrənin "Sürix" (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın "Rabotniçki" (2:1) klubları ilə görüşən Roman Qriqorçukun kollektivinin növbəti rəqibi Rusiya təmsilçisi "Arsenal" olacaq.

"Arsenal"la matç Antalyanın Qloriya məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

BAKU.WS