İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında 3-cü qrupa düşüb. Rəqiblər isə Farer adaları, Malta və Kosovodur. Artıq fevralın 2-də Azərbaycan və Kosovo yığmaları arasında Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçiriləcək.

B Liqasında yer alan Türkiyə 2-ci qrupda Rusiya və İsveçə, A Liqasındakı Almaniya isə Fransa və Hollandiyaya rəqib olub.

Qeyd edək ki, ilk turun oyunları 6 - 8 sentyabrda, növbəti turlar isə 9 - 11 sentyabrda, 11 - 13 oktyabrda, 14 - 16 oktyabrda, 15 - 17 noyabrda və 18 - 20 noyabrda olacaq.

Püşkatmanın nəticələri:

A Liqası

1-ci qrup: Almaniya, Fransa, Hollandiya

2-ci qrup: Belçika, İsveçrə, İslandiya

3-cü qrup: Portuqaliya, İtaliya, Polşa

4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya

B Liqası

1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya

2-ci qrup: Rusiya, İsveç, Türkiyə

3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya

4-cü qrup: Uels, İrlandiya, Danimarka

C Liqası

1-ci qrup: Şotlandiya, Albaniya, İsrail

2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya

3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr

4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva

D Liqası

1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra

2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,

3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo

4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ