SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin “Bursaspor” klubundan Hollandiya klubu "RKC Valveyk" U-21-ə icarə əsasında transfer olunan azərbaycanlı futbolçu Ozan Can Kökçü ilk oyununa çıxıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan U-21 yığmamızın futbolçusu olan Ozan ilk oyunda yaxşı təsir bağışlayıb.  

"AZ Alkmaar" U-21 klubuna qarşı oyunda mübarizə aparan futbolçu istəkli görüntüsü ilə məşqçisinin də rəğbətini qazanıb. 

Qeyd edək ki, Ozan Can Kökçü sol cinah hücumçusudur. Hər iki ayağını istifadə edə bilən futbolçunun 19 yaşı var. 1,76 sm. boyu olan Ozan Qroningen şəhərində dünyaya gəlib. Futbolçu millimizdə ilk oyununa Türkiyə U-21-ə qarşı oyunda çıxıb və təmsilçilərimiz həmin oyunda 4:0 hesabı ilə məğlub olub. 

Şahin
BAKU.WS