Hollandiyalı futbolçu Deyv Bultuis "Qəbələ"dən ayrılıb.

BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını ölkəsində - “Herenven” klubunda davam etdirəcək.

"Qırmızı-qaralar"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən legioner yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, D.Bultuis yayda Almaniyanın "Nürnberq" klubundan “Qəbələ”yə transfer olunmuşdu.

BAKU.WS