VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türk futbolçu Cenk Tosun "Beşiktaş"dan "Everton" klubuna transfer olunub.

BAKU.WS-in məlumatına görə, ingilis klubu Cenk Tosun üçün 27 milyon avro transfer məbləği ödəyəcək. "Beşiktaş" klubunun prezidenti Fikret Orman dünən axşam İngiltərə klubunun rəsmiləri ilə görüşüb.

Klub rəsmilərinin razılıq əldə etməsindən sonra futbolçunun transferi bu gün reallaşıb. "Beşiktaş"a 25 milyon avro əvvəlcədən ödəniləcək, qalan 2 milyon avro isə Cenk Tosunun oynadığı matç və performansa görə veriləcək.

Bu gecə Liverpula gedəcək futbolçu sabah sağlamlıqla bağlı müayinədən keçəcək. "Everton" futbolçu ilə 4,5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Cenk Tosun 27 milyon avroluq transfer məbləği ilə Türkiyə rekoruna sahib olub. 

Şahin
BAKU.WS