VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün dünya mətbuatının gündəmini Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Borussiya”-"Qəbələ” matçında çəkilən şəkil zəbt edib. 

BAKU.WS-in məlumatına görə, şəkildə qarşılaşmanın keçirildiyi "Siqnal İduna Park” arenasının qonaqlar üçün ayrılmış sektorunda yalnız bir azarkeşin əyləşdiyi görünür. Eurosport, SKY Sport və digər aparıcı idman nəşrləri bu azarkeşin klubuna nə qədər sadiq olduğuna diqqət çəkiblər. Ancaq məsələnin heç də təqdim edildiyi kimi olmadığı da deyilir. Belə ki, əslində "Borussiya”-"Qəbələ” matçında 50-dək azərbaycanlı azarkeşin olduğu bildirilir. Həmin azarkeşlər şəkil çəkilən sektorda deyil, digər tribunada "Qəbələ”yə dəstək olublar. 
 
Qarşılaşmaya gəldikdə təmsilçimiz Dortmund nəhənginə 0:4 hesabı ilə uduzub. "Qəbələ” 4 oyundan sonra 1 xalla yer aldığı qrupda sonuncu pilləni tutur.
 
Azad Əliyev
BAKU.WS