Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.

BAKU.WS-in məlumatına görə, qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q. Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:

“Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.

İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsinin uyğun sayıblar.

Qeyd edək ki, Q. Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ