VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kipr çempionatının 15-ci turu çox gərgin oyuna şahidlik edib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan yığmasının üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” klubu “Alki Oroklinis” klubu ilə qarşılaşıb. 

Ev sahibi qarşılaşmadan 2:1 hesabı ilə qalib gəlib. Azarkeşlər qarşılaşmada gərgin mübarizə izləyib. Hesab 90-cı dəqiqəyə kimi 1:1 olub.

Matçın bitməsinə çox az qalmış təmsilçimiz Araz Abdullayev komandasının qələbə qolunu vurub. Həm vacib, həm də baxımlı qol vuran futbolçu komandasının liderliyini qoruyub saxlamasını təmin edib. 

Qeyd edək ki, "Anortosis" hazırda 33 xalla turnir cədvəlinin lideridir. 

Nazim
BAKU.WS