SİZİN REKLAM BURADA!
055 213 76 73



AFFA İntizam Komitəsi danışılmış oyunlara görə daha bir şəxsi cəzalandırıb.

AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, “İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və sözügedən şəxsin AFFA-ya təqdim etdiyi izahata əsasən, onun barəsində ölçü götürülüb.

A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilməsinə qərar verilib.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovu ömürlük futboldan uzaqlaşdırılıb.

BAKU.WS