SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Premyer Liqasının XIV turunda evdə “Neftçi”ni 1:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında iştirak edib. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, çalışdırıcı birbaşa sualları cavablandırıb.

– Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədi?
– Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdı. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdı. Ancaq indiki halda həm o futbolçular, həm də “Neftçi” və “Keşlə” haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.

– Düşünmürsünüz ki, bu kimi hallar “Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?
– Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.

– Ansi Aqollinin durumu nə yerdədi?
– O, “Roma” ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, Aqolli üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.

– Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?
– Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.

– Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?
– Bu barədə onun atasından soruşun. Məndə belə bir məlumat yoxdu.

BAKU.WS