SİZİN REKLAM BURADA!
055 213 76 73



M.Voronina adına "Dinamo-Moskva" idman klubu idman gimnastikası üzrə çempionat təşkil edib. 

BAKU.WS-in məlumatına görə, çempionatda 7-9 yaş arası idmançılar arasında yarışda azərbaycanlı gimnast Hüseyin Xəlilov qalib olub.

O, 72 idmançı arasında birincilik əldə edib və qızıl medalın sahibi olub. Tamaşaçılar yarışda çox güclü rəqiblərin gərgin mübarizəsinin şahidi olub.

Digər azərbaycanlı gimnast Əli Xəlilov isə 9-11 yaş arası idmançılar arasında mübarizədə birincilik əldə edib.

Əli 52 rəqibi qabaqlayaraq çempion olub və qızıl medala yiyələnib. Azərbaycanlı gimnast qardaşların uğurunda məşqçiləri Zakir MehdiyevŞakir Şixəlievin rolu əvəzsizdir. 

Qeyd edək ki, 2017-ci il noyabrın 27-dən 29-dək M.Voronina adına "Dinamo-Moskva" idman klubu idman gimnastikası üzrə çempionat keçirilib. Yarışda ümumilikdə 400 idmançı iştirak edib.

Şahin
BAKU.WS