VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib.

BAKU.WS-in məlumatına görə, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" klubu ilə Portuqaliyanın "Porto" klubu qarşılaşıblar.

İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, Türkiyənin "Beşiktaş" klubu Çempionlar Liqasının qrup mərhələsində qrupdakı liderliyini təmin edib və 1/8 finala vəsiqə qazanıb.

BAKU.WS