SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo dördüncü dəfə ata olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Madrid klubunun hücumçusu “İnstagram” hesabında məlumat yayıb. O, doğum evindən foto paylaşıb. 

Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldonun sevgilisi Corcina Rodriqes dünyaya gətirib.

Qeyd edək ki, Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kristianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.

Tuncay
BAKU.WS