VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


UEFA "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Miçeldir.

Madriddəki "Metropolitano" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib.

İkinci hissədə "Atletiko" bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas Partey 56-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə endirib.

BAKU.WS