SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.

BAKU.WS
xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə "Atletiko" ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano" stadionunda keçiriləcək. 

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

23:45. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. "Metropolitano" stadionu

"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan

Baş məşqçi: Dieqo Simeone

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov


***

Birinci hissənin 40-cı dəqiqəsində Riçard Almeyda künc zərbəsini dəyərləndiri və başla topu meydan sahiblərinin qapısından keçirir. Birinci hissə bu hesabla da başa çatır. Komandamıq fasiləyə qalib olaraq yollanır.

***

56-ci dəqiqəsində ev sahibləri hesabı bərabərləşdirirlər. Tomas uzaqdan vurduğu zərbə qapımızdan keçir. 58-ci dəqiqədə isə Pedronun rəqibə qarşı kobudluğu qırmızı vərəqə ilə qiymətləndirilir. Beləliklə Madriddə "Qarabağ" azlıqda qalır.

***

88-ci dəqiqədə Atletikonun 15 nömrəli oyunçusu kobudluq etdiyinə görə, qırmızı vərəqə ilə oyundan kənarlaşdırılır. Bununla da say bərabərləşir və "Qarabağ" komsandasının nəfəs almasına imkan yaranır.

Qarşılaşma 1:1 bərabərliklə başa çatır. 

BAKU.WS