SİZİN REKLAM BURADA!
055 213 76 73



Avstraliyada futbol matçları zamanı məşqçilərlə texniki zonada yer alan digər şəxslər sarı və qırmızı vərəqə ilə cəzalandırılacaqlar.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu, futbol tarixində bir ilk olacaq.
Yenilik noyabrın 3-dən etibarən kişilər (А-League) və qadınlar (W-League) arasında yüksək liqalarda tətbiq ediləcək.

Qeyd edək ki, FİFA qaydalarına əsasən, referi futbolçulardan başqa, istənilən şəxsə texniki zonada vərəqə göstərə bilməz. Baş hakim qaydaları pozan belə şəxsləri yalnız əl işarəsi ilə texniki zonadan kənarlaşdırmalıdır.

BAKU.WS