SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

BAKU.WS-in məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, "Vardar"ın heyətində iki erməni çıxış edir. Onlar Tiqran Barseqyan və Oqanes Ambarçumyandır. 

Nazim
BAKU.WS