VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turuna start verilib.

İlk oyunda "İnter" "Qarabağ"ı qəbul edib.

Matçın favoriti Ağdam təmsilçisi olsa da, bakılılar düz 85 dəqiqə qapılarını toxunulmaz saxlaya biliblər. Lakin 85-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Dino Ndlovu hesabı açıb.

Oyunun artırılmış əlavə vaxtda - 90+2-ci dəqiqədə D.Ndlovu yekun nəticəni müəyyən edib - 0:2.

Beləliklə, "Qarabağ" 7 oyundan 19 xalla turnir cədvəlində 1-ci sıradadır.

BAKU.WS