SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” itkiylə üzləşib.

BAKU.WS goal.az-a istinadən xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Kristal Palas”la oyunu buraxacaq.

Qeyd edək ki, Kante ilə yanaşı, hücumçu Alvaro Morata da zədə səbəbindən növbəti turda forma geyinə bilməyəcək.

BAKU.WS