SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Ruslan Abışovun 30 yaşı tamam olur. 

BAKU.WS-in məlumatına görə, "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisini xoş günündə "Beşiktaş" və "Qalatasaray" futbolçuları təbrik edib. 

Təbriklərə qoşulanlar arasında Cenk Tosun, Negredo, Yasin Öztekin və digər məşhur futbolçular var. 

Qeyd edək ki, Abışov Ruslan 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Ruslan "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Şahin
BAKU.WS