VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, peşəkar kikboksçu Xəyal Əhmədov oktyabrın 7-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünü keçirib.

MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində Azərbaycanı təmsil edən "Tank" ləqəbli idmançı Xəyal Əhmədov Kevin Keitke ilə mübarizədə qalib gələrək, çempion adını qazanıb.

Xatırladaq ki, Xəyal Əhmədov 2016-cı il noyabr ayında erməni idmançını Almaniyada nokauta salmaqla qələbə qazanmışdı.

BAKU.WS