VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcəkdir.

Gənclər və İdman Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yarışda 8-19 yaşlı gənclərimiz aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar: 

Robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq.
Açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək
Əsas kateqoriya – İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq

Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəkdir.

Yarışda Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, “ADA” Universiteti, Akademik Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Təhsil Kompleksi, “British School in Baku”, 215 nömrəli tam orta məktəb, İstək liseyi, 267 nömrəli məktəb-lisey, “SABİS SUN İnternational School”, “Step İT” akademiyası və “ABC College” liseyinini təmsil edən komandalar iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olmuşdur.

Tuncay
BAKU.WS