SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı idmançının xilas etdiyi erməni idmançı danışıb. 

BAKU.WS məlumat verir ki, Ermənistanın Karate Federasiyasının rəhbəri David Atanesyan news.am saytına müsahibəsində Kiprdə yaşanan hadisəylə bağlı danışıb:
 
"Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə GTF çempionatı zamanı qaldığımız evin hovuzuna girərkən ürəyim sıxıldı, batmağa başladım. Bunu görən azərbaycanlı məşqçi Həsən Həsənzadə məni hovuzdan çıxarıb xəstəxanaya apardı. Buna görə ona təşəkkür etmişəm. Belə bir hadisə hər kəsin başına gələ bilər. Kim olsa eyni addımı atardı. Bunu bu qədər böyütməyin mənası yoxdur. İki gündür Ermənistana qayıtmışam. Artıq özümü yaxşı hiss edirəm. Tələb edirəm ki, bu söhbəti bağlasınlar" - deyə erməni idmançı bildirib.
 
Erməni idmançısının verdiyi müsahibəyə ermənilərin münasibəti birmənalı olmayıb. Onlar David Atanesyanı qınayıblar. Bəzi ermənilər hətta erməni idmançı adından azərbaycanlılardan üzr də istəyiblər.
 
Xatırladaq ki, ötən gün erməni idmançı David Atanesyan otelin hovuzunda boğulsa da azərbaycanlı məşqçi Həsən Həsənzadə onun həyatını xilas etmişdi.
 
Ayşən Ayxan 
BAKU.WS