SİZİN REKLAM BURADA!
055 213 76 73



"Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam".

BAKU.WS-in məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.

O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.
R.Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir".

BAKU.WS