VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rinqdə qeyri-adi hərəkətləri ilə seçilən boksçulardan biri "Prins" ləqəbli Nasir Xamed Bakıya vurulduğunu deyib.

Dünyaca məşhur boksçu BAKU.WS-in əməkdaşı ilə Bakıda baş tutan WBC-in 55-ci konvensiyası zamanı söhbətləşib. Döyüş öncəsi verilən vədlərdən tutmuş rəqibi hansı raundda nokauta göndərməyə qədər - hər şeyi detallı düşünən Prins Azərbaycan haqqında xoş sözlər deyib. "Bakı əla şəhərdir.

Bakını gəzməyi çox istəyərdim. Dünyanın müxtəlif şəhərlərində olmuşam. Məncə, Bakı gördüyüm gözəl şəhərlərdən heç seçilmir". Əfsanəvi boksçu karyerasında ilk məğlubiyyətindən də danışıb. Prinsi meksikalı boksçu "Uşaq üzlü qatil" ləqəbli Marko Antonio Barrera məğlub edib.


Boks həvəskarları məhz bu məğlubiyyətdən sonra Prinsin karyerasına son qoyduğunu düşünürlər.

"O qarşıdurmada məğlub olmağımın yeganə səbəbi döyüşə gec razı olmağımdır. Mən 2 aya 16 kilo çəki itirməli idim. Bunu edib, heç bir fasilə vermədən rinqə çıxdım. Bundan əlavə, mən o vaxt yaxşı qonorar aldım. Pula görə döyüşürük, düz deyil? O, qədər pul qazanmışam ki, həyatı sonuna qədər təmin etmişəm. Ancaq mənə elə gəlir ki, boks karyeramı tez başa vurmuşam".

Qeyd edək ki, Nasir Xamed 2002-ci ildə karyerasına son qoyub. O, Floyd Meyvezer və Rokki Marçiano kimi karyerası ərzində 49 dəfə qələbə qazanıb. Lakin, Prins onlardan fərqli olaraq cəmi 1 dəfə məğlub olub. 

Tuncay
BAKU.WS