SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanda keçirilən Kyokuşinkay karate üzrə Açıq Qafqaz çempionatında Azərbaycan idmançıları böyük uğura imza atıb.

BAKU.WS-in məlumatına görə, yarışda 11 idmançı ilə iştirak edən milli komandamız 8 nəticə ilə bu gün vətənə qayıdacaq.

75 kq çəkidə Eltac Hümbətov 2 erməni və 1 gürcü rəqibi üzərində təmiz qələbə qazanaraq çempion olub.

Valeh Cəfərov II, Niyaməddin Əliyev III, Nail Quliyev III, Rüfət Babayev III, Etbar Ağalaroğlu III, Solmaz Zeynallı III yeri tutub.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Polşanın Bıtom şəhərində 22 yaşadək idmançılar arasında Kyokuşinkay karate üzrə Avropa çempionatında Azərbaycan millisinin tərkibində 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək Avropa Çempionu olub.

BAKU.WS