SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, “Zenit”in hücumçusu Aleksandr Kokorin bütün həmkarlarını qabaqlayıb.

Rusiyalı futbolçu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. O, səslərin 39 faizini toplayaraq, ən yaxın izləyiciləri Konstantin Budesku ("Styaua", 24 faiz) və Manuel Fernandesi ("Lokomotiv”, 13 faiz) geridə qoyub.

Qeyd edək ki, “Zenit”in “Real Sosyedad”a 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Kokorin aktivinə 2 qol yazdırıb.

BAKU.WS