SİZİN REKLAM BURADA!
055 213 76 73



Şimali Koreya lideri Kim Çen İn İtaliyanın "Peruca" klubunda çıxış edən Kvan Son Xanın canlı yayıma çıxmasının qarşısını alıb.

BAKU.WS axar.az-a istinadən bildirir ki, Kim Çen İtaliyanın RAI-2 kanalının qonağı olmağa hazırlaşan futbolçuya zəng edərək, "Əgər verilişə çıxsan, səni ölkəyə qaytaracağam" - deyib.

"Peruca" klubunun prezidenti Massimiliano Santopadre hadisə haqda danışaraq Kim Çeni diktator adlandırıb:

"Diktator Kim Çen İn ulduz futbolçunun canlı yayıma çıxmasının qarşısını aldı. O, buna görə çox məyus oldu, ağladı. Futbola siyasət qarışdırmaq düzgün deyil".

Qeyd edək ki, Kvan Son Xan son vaxtlar yaxşı oyunu ilə diqqətləri üzərinə toplayıb.

BAKU.WS