VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən matçlarda hansı klubu nə qədər azarkeşin stadiondan dəstəklədiyi məlum olub. 

BAKU.WS-in məlumatına görə, müxtəlif şəhərlərdə baş tutan 16 qarşılaşma arasında ən çox azarkeş sayı Bakı Olimpiya Stadionunda qeydə alınıb. "Qarabağ" klubunu "Roma" ilə matçda 67min 200 azarkeş dəstəkləyib. Təmsilçimiz Çempionlar Liqasında bir daha tarixə keçib. Ötən gün Avropanın ən nüfuzlu futbol arenasında ilk qolunu vuran "Qarabağ", azarkeş sayına  görə də diqqət çəkib. 

Digər oyunlarda azarkeşlərin sayını təqdim edirik: 

PSJ - "Bavariya": 46,252

"Atletiko Madrid" - "Çelsi": 60,643

"Yuventus" - "Olimpiakos": 33,460

"Sportinq Lissabon" - "Barselona" : 48,575

"Anderlext" - "Seltik": 19,898

"ÇSKA" -  "Mançestr Yunayted": 29,073

"Qarabağ" - "Roma": 67,200

"Bazel" - "Benfika": 34 111

"Apoel" - "Tottenxem": 16,324

"Beşiktaş" - "Leipziq": 36,641

"Dortmund" - "Real Madrid": 65,849

"Mançestr Siti" - "Şaxtyor": 45,310

"Monako" - "Porto": 11,703

"Napoli" - "Feyenord": 22,577

"Sevilya" - "Maribor": 34,705

"Spartak Moskva" - "Liverpul": 43,376

Şahin
BAKU.WS