SİZİN REKLAM BURADA!
055 213 76 73



Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsi yekunlaşıb.

BAKU.WS xəbər verir ki, A qrupunda mübarizə aöaran Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.

İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.

Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur

Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

BAKU.WS