VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq. BAKU.WS-in məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

“Sabah UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.

BAKU.WS