SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk qəzaya düşüb. Apasport.az saytı xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Belə ki, “Manisaspor”un yay fasiləsində heyətinə cəlb etdiyi 28 yaşlı yarımmüdafiəçi dünən gecə avtomobil qəzasına uğrayıb. Nəticədə sabiq “Sumqayıt”lının çiyni sınıb.

Qeyd edək ki, Uğur Pamuk müxtəlif vaxtlarda ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında çıxış edib.

BAKU.WS