SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

Ağdamlılar İngiltərədə “Çelsi”nin qonağı olub. Matçın ilk hissəsində hesab açılmasa da, ikinci 45 dəqiqədə 5 qol qeydə alınıb.

Londonlular 5:0 hesabı ilə qalib gəlməklə, turnirə 3 xalla başlayıb.

UEFA Gənclər Liqası

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 5:0
Qollar: Hudson Odoi, 54,Makkormik, 63, 71, 74, Braun, 80

***

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

BAKU.WS-in məlumatına görə, komandamız səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gəlir. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayıb.

"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) qarşılaşması "Cobham" stadionunda keçirilir. Oyunu Robert Hennessi idarə edir. Onun köməkçiləri Darraq Kiqan, Darren Keridir.

BAKU.WS