SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. Mötəbər turnirdə ölkəmiz ilk dəfə təmsil olunacaq. C qrupunda yer alan ağdamın qarabağ klubu Londonda Çelsi ilə debüt matçına çıxacaq.

Oyundan əvvəl təşkil olunan mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov hücum etməyə çəkinməyəcəklərini bildirib. "Çelsi bizi ilk dəqiqələrdən müdafiədə oturtmağa çalışacaq. Lakin hücum etməkdən çəkinməyəcik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacayıq. Rəqibdə ehtiyat anlayışı yoxdur, meydana kim çıxırsa çelsini təmsil edir". 

Qarabağın müdafiəçisi Yakub Jeniçak üzərlərində təzyiq olmadığından bir qədər rahat oynaya biləcəklərini bildirib.

" Biz heç bir komandadan çəkinmirik. Çünki itirəcək heç nəyimiz yoxdu.Hər bir futbolçunun arzusu belə bir turnirdə iştirak etməkdi.Komandamızda ancaq mənim çl təcrübəm var. Düşünürəm ki, yoldaşlarıma müsbət enerji ötürə biləcəm".

Qarabağın artıq start heyəti də məlumdu.

"Xəzər Xəbər"in əldə etdiyi özəl məlumata görə, Qurban Qurbanov start heyətində, Qapıda İbrahim Şehiç, müdafiədə - Rəşad Sadıqov, Yakup Jezniçak, Bədavi Hüseynov, Maksim Medvedev Donald Gerye, yarımmüdafiədə - Miçel Madera, Qara Qaraye, Riçard Almeyda və yeni transferlərdən Pedro Enrike, hücumda isə Dino Ndlovuya şans verəcək. 

Çelsinin heyətində zədədən yeni dönən Eden Azar ilk 11-likdə yer almayacaq. Çelsinin baş məşqçisi Antonio Konte Qarabağ haqqında müsbət fikirlər səsləndirib.

"Onların oyunçuları haqda ətraflı məlumatım var. Çünki İtaliya millisini çalışdırarkən Azərbaycan yığması ilə qarşılaşmışdıq. Azərbaycan yığmasının heyətində "Qarabağ"ın kifayət qədər oyunçusu var. Belə matçları mən "çətin oyun" adlandırıram."

Ötən mövsüm çempionlar liqasından kənarda qaldıqlarını deyən çelsinin kapitanı qari keyhill ilk oyunu səbirsizliklə gözlədiklərini vurğuluyub.
"Çətin qrupda yer almışq. Çempionlar liqasında qarşına asan rəqib çıxmır. Hər biri güclüdür. Keyfiyyətli komandamız var. Yenidən ÇL-də olduğumuz üçün şadıq."

BAKU.WS