Türkiyə Super Liqasında transferin son günündə "RAC1" radiosu maraqlı bir iddia ilə çıxış edib.

BAKU.WS-in məlumatına görə, radio "Qalatasaray"ın Arda Turanla razılığa gəldiyini və futbolçu ilə 2 illik müqavilə imzalanacağını bildirib. İddiaya görə, artıq iki klub razılığa gəlib və futbolçunun iki illik icarə əsasında türk klubunda çıxışı üçün razılıq əldə edilib. Son qərarı Ardanın verəcəyi və kariyeri barədə həlledici mərhələdə olduğu qeyd edilir.  

"Barselona" tarixinin ən bahalı oyunçularından biri olan Arda 2015-ci ildə 34 milyon avroya transfer edilib və 2020-ci ilə qədər kataloniya komandası ilə müqavilə bağlayıb.

Digər tərəfdən Arda Turan son açıqlamasında transferiylə əlaqədar şərh etmişdi: ""Qalatasaray"lı azarkeşlərin məni istəmədiyini bilirəm. "Barselona" ilə 3 illik müqaviləm var və burada çox xoşbəxtəm. "Qalatasaray" mənim evimdir, bir gün mütləq orada forma geymək istəyirəm. Amma azarkeşlərin məni "Qalatasaray"da görmək istəmədiyini bilirəm".

Şahin
BAKU.WS