SİZİN REKLAM BURADA!
055 213 76 73



Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Məlumat üçün bildirək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.

BAKU.WS