VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.

“Qarabağ” klubundan BAKU.WS-ə bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.

Azarkeşlər biletləri şəhərin kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

BAKU.WS