İspaniyanın "Barselona" klubu UEFA-nın Çempionlar liqası matçları üçün 25 nəfərlik heyətini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, ispan klubu heyətində Arda Turana da yer verib. Beləliklə, bu, türk ulduzun "Barselona"da qalacağını təsdiq edir.

Adı tez-tez "Qalatasaray"la hallanan Arda Turan bununla da "Barselona"da qalacağı dəqiqləşib. Futbolçu ötən il olduğu kimi 7 nömrəli formanı geyinəcək.

Bununla yanaşı, klub yeni transferlər Paulinyo, Ousman Dembele, Gerard Delofe və Nelson Semedonun da adını siyahıda qeyd edib.

BAKU.WS