SİZİN REKLAM BURADA!
055 213 76 73



Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin “Qarabağ”a keçidini dəyərləndirib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, isveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.

“Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, “Qarabağ”a faydalı olacaq” deyə Lagerbek vurğulayıb.

Qeyd edək ki, Tarik Elyunussini “Qarabağ” Yunanıstan “Olimpiakos”undan bir illik icarəyə götürüb.

BAKU.WS