VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ"ın ilk ev oyununda biletlərin qiymətləri açıqlanıb.

BAKU.WSxəbər verir ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda "Qarabağ"ın qarşılaşacağı "Roma"yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

BAKU.WS